Velosipedçimiz dünya çempionatında 8-ci oldu VİDEO

Velosipedçimiz dünya çempionatında 8-ci oldu VİDEO

Amerika Birləşmiş Ştatlarının Riçmond şəhərində velosiped idmanının şosse növü üzrə dünya çempionatına start verilib. SİA-nın məlumatına görə, ilk yarış günü qadınlar arasında komanda ötüşməsində (Team Time Trial) qaliblər müəyyənləşib.

Qeyd edək ki, Azərbaycan yığmasının üzvü Yelena Pavluxina DÇ-də Sloveniyanın "Lyublyana" komandasının heyətində çıxış edir. Təmsilçimizin şərəfini qoruduğu kollektiv 38.8 km məsafəni 50 dəqiqə, 38 saniyəyə başa vurmaqla çempion olmuş Almaniyanın Velocio-SRAM komandasından 3 dəqiqə, 3 saniyə geri qalıb və 8-ci nəticə göstərib.

Bununla da Yelena Pavluxina dünya çempionatını "Lyublyana" komandasının heyətində 8-ci yerdə bitirib.

Bütün xəbərlər Facebook səhifəmizdə