Xosep Qvardiola "Mançester Yunated" klubunun baş məşqçisi ola bilər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sözügedən klubun baş məşqçisi Lui Van Qal 2017-ci ildə məşqçilik kariyerasını bitirəcək. Onun yerinə Qvardiolanın gətirələcəyi iddia olunur. Bundan başqa, ispan məşqçinin "Bavariya" klubu ilə yeni müqavilə imzalamaması da iddiaları bir qədər gücləndirir. Van Qal getdikdən sonra yerinə Giksin gətirilməsini istəsə də, klub rəhbərliyi hollandiyalı mütəxəssislə eyni fikirdə deyil.
Qeyd edək ki, Van Qal "Mançester Yunayted"lə müqaviləsi bitdikdən sonra kariyerasını bitirəcəyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB