“Atletiko Madrid” ciddi itki ilə üzləşib

“Atletiko Madrid” ciddi itki ilə üzləşib

İspaniyanın "Atletiko Madrid" klubu ciddi itki ilə üzləşib. SİA-nın məlumatına görə, ispaniyalı futbolçu Koke La Liqanın 5-ci turu çərçivəsində keçirilən "Eybar"la matçda zədələnərək oyunu davam etdirə bilməyib. Madrid təmsilçisi futbolçunun zədəsi ilə bağlı rəsmi xəbər yaymasa da, yerli mətbuat futbolçunun 2 həftə yaşıl meydanlardan uzaq qalacağını yazır.

Qeyd edək ki, ispaniyalı futbolçu 2009-cu ildən "Atletiko Madrid" klubunun formasını geyinir.

Bütün xəbərlər Facebook səhifəmizdə