Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ölkə futbolunda baş verən hadisələrin, AFFA və milli komandalar barədə xəbərlərin ictimaiyyətə operativ çatdırılması üçün daha bir yeniliyin tətbiqinə başlayıb. SİA-nın məlumatına görə, iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri "App Store" və "Play Market"ə daxil olmaqla "AFFA news" adlı tətbiqi (application) cihazına ödənişsiz yükləyə bilər. AFFA-nın www.affa.az ünvanlı veb-saytında yerləşdirilən bütün xəbərlər, eləcə də videoçarxlar dərhal "AFFA news" tətbiqində öz əksini tapacaq və istifadəçinin istəyindən asılı olaraq, hər bir yenilənmə ilə bağlı cihazına səsli xəbərdarlıq göndəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB