“Kəpəz” PFK-nın heyəti Nizami Gəncəvinin məqbərəsini ziyarət edib FOTOLAR
"Kəpəz" PFK-nın futbolçu heyəti və məşqçilər korpusu Gəncədə dahi şeyx Nizami Gəncəvinin məqbərəsini ziyarət edib. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, məqbərə ilə yaxından tanış olan qonaqlara bələdçilər tərəfindən tarixi-memarlıq abidəsi haqda məlumat verilib. Eyni zamanda dünyəvi şairin həyat və yaradıcılığından söhbət açılıb.
Sonda ziyarətçilər Nizami Gəncəvinin ruhuna dualar oxuyub, türbə önündə xatirə şəkli çəkdiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB