Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatı artıb

Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatı artıb

UEFA Avropa Liqası yarışlarının qrup mərhələsinin ilk turunun oyunları Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatının artmasına təsir göstərib. SİA-nın məlumatına görə, Azərbaycan hazırda reytinq siyahısında 54 ölkə arasında 26-cı pillədə qərarlaşıb.

Ölkəmizi bu turnirdə təmsil edən "Qəbələ" komandasının Bakıda Yunanıstanın "PAOK" kollektivi ilə qarşılaşması 0:0 hesablı bərabərliklə nəticələnib.

Ağdamın "Qarabağ" klubu isə səfərdə İngiltərənin "Tottenhem" kollektivinə 1:3 hesabı ilə məğlub olub. Bu nəticələrə görə, "Qarabağ" ölkəmizə xal qazandıra bilməsə də, "Qəbələ" Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatının 0.250 bal çoxalmasına təsir edib.

İndi Azərbaycanın hesabında 13.875 reytinq xalı var ki, onun da 3.375 xalı cari mövsümdə qazanılıb.

Qeyd edək ki, klubların qrup mərhələsində heç-heçə etməsi hər ölkəyə 0.250, qələbəsi isə 0.500 reytinq xalı qazandırır.

Bütün xəbərlər Facebook səhifəmizdə