Respublika çempionatı keçiriləcək

Respublika çempionatı keçiriləcək

Oktyabrın 3-4-də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonunun inzibati ərazisində yerləşən "Beşbarmaq" dağında qayayadırmanma üzrə açıq respublika çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, yarış kişilər və qadınlar arasında təsnifat, yarımfinal və final olmaqla üç mərhələdə təşkil olunacaq.

Çempionatda iştirak etmək üçün oktyabr 1-dən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasında qeydiyyatdan keçərək tibbi arayış təqdim etmək tələb olunur.

Əlavə məlumat üçün bu telefonla əlaqə saxlamaq mümkündür: (012) 424-29-81.

Bütün xəbərlər Facebook səhifəmizdə