“Barselona” FİFA-ya müraciət etməyə hazırlaşır

“Barselona” FİFA-ya müraciət etməyə hazırlaşır

İspaniyanın "Barselona" klubu yeni transferlərinin oynadılmasına qadağa qoyulması ilə bağlı FİFA-ya müraciət etməyə hazırlaşır. SİA-nın məlumatına görə, buna səbəb "Roma" ilə matçda Rafinyanın zədələnməsi olub. Həkim müayinəsindən sonra braziliyalı oyunçunun 6 ay meydana çıxa bilməyəcəyi bildirilib. Katalonlar yarımmüdafiə xəttində yaranan boşluğa görə, Arda Turanın cəzasının yanvar ayından tez bitməsi üçün FİFA-ya müraciət edəcəklər.

Qeyd edək ki, A.Turan bu yay 41 milyon avro müqabilində "Atletiko"dan (Madrid) "Barselona"ya trasnfer edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə