"Qəbələ" PAOK-la bərabərə qaldı

"Qəbələ" PAOK-la bərabərə qaldı

Bu gün Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib. Ölkəmizi ilk dəfə sözügedən turnirdə təmsil edən "Qəbələ"də ilk oyununa çıxıb.

Roman Qriqorçukun komandası Bakıda Yunanıstanın PAOK klubunu qəbul edib. "Pley-off"da "Panatinaikos"u mübarizədən kənarlaşdıran təmsilçimiz PAOK-a da gücünü göstərməyə çalışacaqdı. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, "Qəbələ" Avropa Liqasının qrup mərhələsində növbəti oyununu oktyabrın 1-i "Krasnodar"a qarşı keçirəcək.

Avropa Liqasının qrup mərhələsi, I tur

22:00. "Qəbələ" (Azərbaycan) – PAOK (Yunanıstan) - 0:0
Hakimlər: Xavyer Estrada, Miqel Martines, Teodoro Sobrino, Dieqo Sevilya (hamısı İspaniya)
Bakı. 8-ci kilometr qəsəbə stadionu

"Qəbələ": Dmitri Bezotosnı, Stankoviç, Vitali Vernidub, Arif Daşdəmirov, Rikardinyo, Aleksey Qay, Sergey Zenyov, Ermin Zets , (Fakunda Pereyra, 46), Meza Kolli, Dodo (k) (Samir Zərgərov,83), Aleksey Antonov

Ehtiyat oyunçular: Pietrzkieviç, Məhəmməd Mirzəbəyov, Rəşad Sadiqov, Elvin Camalov, Vaqif Cavadov

PAOK: Olsen, Migel Vitor, Rikardo Kosta, Tzavellas, Kitsiou, Tziolis, Mak, Rodriqes, Sabo (Jairo, 85), Pelkas ( Qolasa, 76), Atahansiadis (k) (Dimitar Berbatov, 59)

Ehtiyat oyunçular: Glukos, Malezas, Konstantinidis, Çarisis

Bütün xəbərlər Facebook səhifəmizdə