Azərbaycan - İtaliya oyununa bilet satışı davam edir

Azərbaycan - İtaliya oyununa bilet satışı davam edir

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da, saat 21:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İtaliya oyununa bilet satışı davam edir. SİA-nın məlumatına görə, biletləri "Bakcell Arena"nın kassalarından, 28 Mall Ticarət Mərkəzindən və Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən "Bakcell" Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.

Qarşılaşmanın biletlərinin qiyməti:

1-ci kateqoriya – 4 AZN
2-ci kateqoriya – 2 AZN
3-cü kateqoriya – 1 AZN
VİP – 50 AZN
Skybox kateqoriya 2. – 100 AZN
Skybox kateqoriya 1. – 200 AZN

Bütün xəbərlər Facebook səhifəmizdə