AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb. SİA-nın məlumatına görə, o, qadınlar arasında 2017-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 22-də, Qazaxıstanın Astana şəhərində baş tutacaq Qazaxıstan - Norveç oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, bu, K.Mehtiyevanın beynəlxaq oyuna ilk təyinatıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB