Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəli qüvvəyə minib

Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəli qüvvəyə minib

Məlum olduğu kimi, sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk elektrik qatarının yola salınması mərasimində iştirak edib. Elektrik qatarları sentyabrın 12, 13 və 14-də sərnişinlərə pulsuz xidmət göstərib.

SİA-nın məlumatına görə, bugündən etibarən Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minib. Elektrik qatarları Bakı sərnişin stansiyası, Keşlə, Biləcəri, Xırdalan və Sumqayıt marşutu üzrə hərəkət edir.

Qatarlar Bakı sərnişin stansiyasından saat 5:10, 5:30, 6:50, 16:00, 17:25, 18:25 və 19:25-də, Sumqayıt sərnişin stansiyasından 6:40, 7:10, 7:55, 17:10, 18:30, 19:30 və 20:30-da yola düşür.

Bakı sərnişin, Biləcəri və Sumqayıt sərnişin stansiyalarında post-terminallar və turnitketlər quraşdırılıb. Elektrik qatara biletləri həm avtomatik köşklərdən, həm də kassalardan almaq mümkündür.

Bakı-Sumqayıt marşrutu üzrə 8 elektrik qatarı fəaliyyətdədir. Bunlardan üçü "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş KİSS markalı ikimərtəbəli elektrik qatarları, beşi isə Riqada əsaslı təmir olunaraq ölkəmizə gətirilmiş elektrik qatarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə