"Avropa Parlamenti hər zaman Ermənsitanın yanında, Azərbaycanın isə qarşısında olub. Bu qurumun anti-Azərbaycan siyasətini nə vaxtsa dayandırmasına inanmıram. Çünki Avropa Parlamentinin mayası belə yoğrulub". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Fəzail Ağamalı bu gün Milli Məclisin növbədənkənar plenar iclasında deyib.
Onun sözlərinə görə, Avropa Parlamenti lap əvvəldən Ermənistanın tərəfini saxlayıb. Deputat qeyd edib ki, Azərbaycan hücum diplomatiyası ilə Ermənistanı dalana salıb: "Bunu görən Ermənistan lobbisi Azərbaycana qarşı idealoji mübarizəni beynəlxalq təşkilatlar səviyyəsinə qaldırıb. Bunun bir ucu Amerikada, bir ucu isə Avropadadır. Bu kampaniyanın isə perspektivi yoxdur. Çünki Azərbaycan xalqı öz müstəqiliyini qazanmaq üçün 20 Yanvar faciəsindən keçib. Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedir. Avropanın çürük yolu və dəyərləri bizə lazım deyil. Biz öz idarəmizi ortaya qoyub, xalq, dövlət olaraq bütün dünyaya birliyimizi nümayiş etdirməliyik. Xalq-dövlət birliyi ilə bütün məsələlərin öhdəsindən gələcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB