Dörd şahmatçımız Dünya Kubokunun növbəti mərhələsində

Dörd şahmatçımız Dünya Kubokunun növbəti mərhələsində

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda ilk mərhələnin üçüncü yarış gününün partiyaları başa çatıb. SİA-nın məlumatına görə, turnirin ilk mərhələsində ölkəmizin iki şahmatçısı mübarizəni dayandırıb. Vasif Durarbəyli və Eltac Səfərli məğlub olmaqla Dünya Kubokunu tərk edib. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Teymur Rəcəbov və Qədir Hüseynov mübarizəni növbəti mərhələdə davam etdirəcək. Dünya Kubokundan fotosesiyanı təqim edirik (I mərhələ, III yarış günü, tay-brek):

Bütün xəbərlər Facebook səhifəmizdə