"Barselona" "Atletiko"nu Madriddə məyus etdi

Messinin qolu "Barselona"ya qələbə qazandırdı
"Barselona" "Atletiko"nu Madriddə məyus etdi

İspaniya La Liqasında 3-cü turun oyunları keçirilir. Turun mərkəzi qarşılaşmasında "Atletiko" doğma meydanda "Barselona"nı qəbul edib. Kataloniya təmsilçisi səfərdə 1:0 hesabı ilə geridə olmasına baxmayaraq iki ardıcıl qol vuraraq 2:1 hesabı ilə qələbə qazanıb.

51-ci dəqiqədə "Atletiko"dan Fernando Torres hesabı açıb, cəmi bu qoldan 3 dəqiqə sonra Neymar bərabərlik qoluna imza atıb. Oyuna ehtiyyat oyunçular skamyasında başlayan Messi 60-ci dəqiqədə meydana daxil olub və 77-ci dəqiqədə komandasının qələbə topunun müəllifi olub.

"Atletiko" - "Barselona" - 1:2
Qollar: Torres, 51 (1:0), Neymar, 55 (1:1), Messi, 77 (1:2)

Bütün xəbərlər Facebook səhifəmizdə