"Elit atçılıq və Polo klubu"nda Polo üzrə Avropa çempionatı başa çatıb. SİA-nın məlumatına görə, yarışın həlledici oyununda meydana Azərbaycan və Almaniya komandalaları çıxıb. Gərgin və maraqlı mübarizə şəraitində davam edən oyunda qalib son dəqiqələrdə məlum olub. Belə ki, görüşün başa çatmasına az qalmış 5:4 hesabı ilə geridə olan Azərbaycan poloçuları toparlanaraq qısa vaxt ərzində rəqib qapısından 2 top keçirtməyi bacarıblar. Beləliklə, millimiz qitə birinciliyinin finalında 6:5 hesabı ilə qalib gələrək Avropa çempionu adına layiq görülüb. Üçüncü yer uğrunda İspaniya və İrlandiya komandaları üz-üzə gəliblər. Görüşdə İrlandiya poloçuları 4.5:4 hesabı ilə qələbə qazanaraq bürünc medala sahib olublar. İsveçrə seçməsi isə İtaliya komandasını 7:5 hesabı ilə məğlub edərək Avropa çempionatını 5-ci yerdə başa vurub.
Azərbaycan seçməsinin heyəti:
Elçin Camallı
Tərlan Qurbanəliyev
Silvestre Qarros
Rəşad Həsənov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB