"Elit atçılıq və Polo klubu"nda Polo üzrə Avropa çempionatının 1-ci mərhələsində sonuncu, 5-ci tura yekun vurulub. SİA-nın məlumatına görə, açılış oyununda Almaniya komandası İsveçrə seçməsini 6:3 hesabı ilə məğlub edərək Avropa çempionatının finalında mübarizə aparmaq hüququ qazanıb. Ardınca meydana Azərbaycan və İspaniya komandaları çıxıblar. Görüş millimizin 9:3 hesablı qələbəsi ilə başa çatıb. 5-ci tura İtaliya İrlandiya oyunu ilə yekun vurulub. Qarşılaşmada Apennin təmsilçisi 5:3 hesabı ilə qələbə qazanıb.
Beləliklə, bu gün saat 19:30-da başlayacaq Avropa çempionatının finalında Azərbaycan və Almaniya komandaları üz-üzə gələcəklər. Buna qədər isə 5-ci və 3-cü yerlər uğrunda görüşlər keçiriləcək. Saat 17:30-da İsveçrə və İtaliya komandaları 5-ci yerin, 18:30-da isə İspaniya və İrlandiya komanadaları 3-cü yerin sahibini müəyyən edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB