ABŞ-ın Las-Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir.
Bu günə qədər Azərbaycanın yunan-Roma güləşçilərindən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq) Olimpiya Oyunlarına vəsiqə əldə ediblər. Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş medala yiyələniblər.
Çempionatın beşinci günündə qadın güləşi üzrə 60 kq, sərbəst güləş üzrə 61, 86 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Qadınlar arasında 60 kq çəki dərəcəsində mübarizə aparacaq İrina Netrebanın ilk rəqibi Türkiyə təmsilçisi Hafize Şahin olacaq. Sərbəst güləşçilər arasında isə Hacı Əliyev (61 kq) - Andrey Perpelita (Moldova), Məhəmmədhacı Xatiyev (86 kq) - Halil Zubairov (Makedoniya), Xetaq Qazyumov (97 kq) - İvan Yankovski (Belarus) qarşılaşacaq.
Las-Veqasda keçirilən dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk beş yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB