PSJ yə ağır itki

Fransanın PSJ klubunun iki əsas heyət üzvü həftə sonu "Bordo" ilə keçiriləcək çempionat matçını buraxmalı olacaq. SİA-nın məlumatına görə, onlar isveçli hücumçu Zlatan İbrahimoviç və argentinalı yarımmüdafiəçi Xaviyer Pastoredir. Hər iki futbolçu zədəli olduğu üçün meydana çıxmayacaqlar. Lakin onların Çempionlar Liqasında "Malmö"yə qarşı oyuna kimi hazır olacaqları bildirilib.

Qeyd edək ki, İbrahimoviç yeni mövsüm sadəcə iki dəfə PSJ forması ilə meydana çıxa bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə