Vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Biləcəri qəsəbəsi Malik Aslanov küçəsi döngə 6-da təmir işləri həyata keçirilir. "Azəryolservis" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sözügedən küçənin bu hissəsində bundan öncə asfalt-beton örtüyünün olmaması burda yaşayan vətəndaşların, xüsusən də qış aylarında gediş-gəlişində müəyyən problemlər yaradırdı.
Təmir olunan küçənin uzunluğu 550 metr, eni isə 6 metrdir. Burda yeni-asfalt beton örtüyü döşənməmişdən öncə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən yol yatağı kipləşdirilib, yolun hərəkət hissəsi isə hamarlaşdırılıb. Ümumilikdə asfalt-beton örtüyü küçənin 3300 kvadrat metr sahəsinə döşənir.
Təmir işlərinin sabaha yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB