Gənclər və İdman Nazirliyi 2015-ci ilin I yarısında görülmüş işlər haqqında qısa məlumat yayıb. SİA nazirliyin məlumatını olduğu kimi nəzərinizə çatdırır:
Gənclər siyasəti
Hesabat dövründə gənclər siyasəti sahəsində bir sıra vacib istiqamətverici tədbirlər baş tutmuşdur. 26 yanvar 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" imzalanmışdır. Dünyanın çox az sayda ölkəsində əhalinin ən dinamik qrupu üçün belə uzunmüddətli strateji sənəd mövcuddur. Strategiyanın qəbul edilməsi ilk növbədə ölkədə yaradılmış dayanıqlı inkişaf, gələcək hədəflərin aydın təsviri və dövlətin məsuliyyətinin dərk edilməsini əks edir.
2015-ci ildə gənclər siyasətinin infrastrukturu genişlənmişdir. 13 yanvar 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Sumqayıt şəhərində növbəti "Gənclər evi" istifadəyə verilmişdir. Nazirliyin sifarişi ilə Bakı şəhərinin Binəqədi və Qaradağ rayonlarında "Gənclər evi" inşa edilmiş, Gəncə, Şirvan və Şəki şəhərlərində, Bərdə, Tovuz, Quba və Şamaxı rayonlarında müəssisələrin tikintisi davam etdirilir. Hazırda ölkədə 31 "Gənclər evi/Mərkəzi" istifadəyə verilib. Beləliklə, ölkədə geniş gənclər kütləsi ilə iş aparmaq üçün unikal imkan və şərait yaradılıb.
Gənclərin yaradıcılıq və təşəbbüskarlığını stimullaşdırmaq və qiymətləndirmək məqsədi ilə 2 fevral 2015-ci il tarixdə elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində fərqlənmiş 6 nəfər gəncə "Gənclər üçün Prezident Mükafatı" təqdim edilmişdir.
Gənclər arasında tariximizin, milli adət-ənənlərimizin, mədəni köklərin daha yaxşı öyrənilməsi və vətənpərvərlik ruhunun yüksəlməsi məqsədi ilə 13 mart 2015-ci il tarixdə "Atəşgah Məbədi" Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində "açıq səma altında teatr" formatında "Mədəni irs: Novruz" Gənclər Festivalı keçirilmişdir. 02 may 2015-ci il tarixdə isə Lənkəran rayonunda faşizm üzərində qələbənin 70 illiyinə və Azərbaycanın milli qəhrəmanlarına həsr olunmuş tarixi rekonstruksiya formatında "Tarixin canlı səhifələri" lII Gənclər Festivalı təşkil edilmişdir.
Azərbaycanda böyük beynəlxalq tədbirlərin keçirilməsi gənclər arasında könüllülər hərəkatının yaranması prosesini canlandırmışdır. Artıq 2012-ci ildə "Eurovision" müsabiqəsinə 1200 könüllü cəlb edilmişdir. I Avropa Oyunlarına isə qısa müddətdə 17 minədək gənc könüllü olaraq qatılmış, onların hazırlığı aparılmışdır. Könüllülər üzərinə düşən vəzifələri böyük məsuliyyət və ruh yüksəkliyi ilə icra etmişlər. Avropa Oyunlarında könüllülərin işi əyani sübuta yetirdi ki, gənclərin formalaşmasına qoyulmuş investisiyalar öz məqsədinə çatır, Azərbaycanda "qara qızıl" insan kapitalına çevrilir.
İdman
İlk Avropa Oyunlarında Azərbaycanı layiqincə təmsil etmək məqsədi ilə ölkə yığma komandalarının hazırlığına xüsusi diqqət göstərilmişdir. Gənclər və İdman Nazirliyinin 2015-ci il üçün təsdiq etdiyi tədbirlər planına əsasən I yarımil ərzində respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkəmizdə 81 respublika yarışları təşkil edilmiş, 28 beynəlxalq yarış keçirilmiş, 48 beynəlxalq yarışlarda ölkə yığma komandalarımızın iştirakı təmin olunmuşdur. Bundan başqa müxtəlif idman növləri üzrə yığma komandalarımız 12 gündən az olmayaraq 60 təlim-məşq toplanışlarında iştirak etmiş, İlk Avropa Oyunları ərəfəsində öz imkanlarını bir daha səfərbər edərək təcrübələrini artırmışlar.
2015-ci ilin I yarısında Olimpiya və qeyri-olimpiya idman növləri üzrə dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında və İlk Avropa Oyunları da daxil olmaqla 57 qızıl, 43 gümüş və 61 bürünc- cəmi 161 medal əldə edilmişdir.
Hesabat dövründə ölkəmizdə 19 ölkədən 32 idmançının iştirakı ilə stolüstü tennis üzrə Avropa Top-16 turniri, atçılığın konkur növü üzrə qış kuboku beynəlxalq turniri, İlk Avropa Oyunlarına hazırlıqla əlaqədar 20 ölkədən 133 idmançının iştirakı ilə gimnastika idman növləri üzrə beynəlxalq test turniri və digər tədbirlər yüksək səviyyədə təşkil edilərək keçirilmişdir.
Xüsusilə 24 ölkədən 120-yə yaxın idmançının iştirakı ilə velosiped idmanı üzrə ənənvi "Tour de Azerbaijan" beynəlxalq turniri ölkəmizin dünyaya tanıdılması baxımından olduqca əhəmiyyətli olmuşdur. Belə ki, bu yarış paytaxt Bakı ilə yanaşı digər şəhər və rayonlarımızın gözəlliyini, inkişafını, mənzərəli yerlərini bütün dünyaya nümayiş etdirən möhtəşəm idman bayramıdır. Hər dəfə bu oyunları seyr edən xarici qonaqlar ölkəmizin və idman infrastrukturumuzun inkişafını görür və bunu yüksək qiymətləndirirlər. Eyni zamanda bu tədbir Azərbaycanda tarixən mövcud olmuş ənənəvi idman növləri ilə yanaşı yeni idman növlərinin, o cümlədən velosiped idmanının da inkişaf etdirildiyini əyani sübut edir.
Hazırda 2015-ci ildə keçiriləcək şahmat üzrə Dünya kuboku, 2016-cı il Şahmat Olimpiadası və Formula 1 yarışlarına, 2017-ci ildə keçiriləcək İslam Ölkələrinin Həmrəylik Oyunlarına hazırlıq işləri davam etdirilir.
İlk Avropa Oyunları
12-28 iyun 2015-ci il tarixlərdə ölkəmizdə İlk Avropa Oyunları keçirilmişdir. Oyunların başlanmasına 47 gün qalmış, 26 aprel 2015-ci il tarixdə Bakı şəhəri Suraxanı qəsəbəsində yerləşən qədim od məbədi "Atəşgah"da ilk Avropa Oyunlarının məşəlinin yandırılması mərasimi keçirilmiş, mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ölkənin birinci xanımı, İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak etmişlər.
Ölkənin 61 şəhər və rayonunu əhatə edən məşəl estafeti 5500 km məsafə qət etdikdən sonra, məşəl iyun ayının 7-də Bakıya gətirilmişdir. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunmuş və 15 məkanda "Alov festivalı" təşkil edilmişdir.
Məşəl estafetinin məqsədi Avropa Oyunları məşəlinin hərarətini hər bir bölğəyə, şəhər və rayonlara, bütün insanlara çatdırmaq, bütün insanlara bu möhtəşəm bayramı hiss etdirmək olmuşdur. Bundan başqa məşəlin gedəcəyi hər bir şəhər və rayon haqqında hazırlanan və xarici mətbuatda yayımlanan press-relizlərdə onların əhalisi, tarixi, mədəniyyəti, musiqisi, görməli yerləri, adət-ənənləri, məşğulluğu, özəllikləri, tanınmış insanları barədə geniş məlumatlar əks olunmuş, bu da Azərbaycanın və onun regionlarının tanıdılması baxımından olduqca əhəmiyyətli olmuşdur. Məşəlin qarşılanması mərasimlərində iki milyona yaxın vətəndaşın iştirak etməsi, xüsusi fəallıq nümayiş etdirməsi insanların bu Oyunlara ictimai dəstəyini, xalqla iqtidar arasındakı birliyi bir daha göstərmiş oldu. Sevindirici haldır ki, Avropa Olimpiya Komitələrinin prezidenti cənab Patrik Hikkinin və Avropa Olimpiya Komitələrinin qərarı ilə gələcək Oyunların məşəli məhz Azərbaycanda, Bakıda Atəşgah məbədində yandırılacaqdır.
12 iyun 2015-ci il tarixdə simvolik olaraq 2015-ci ili xatırladan saat 20:15-də - 68 min tamaşaçı tutumuna malik Olimpiya Stadionunda "Bakı-2015" İlk Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilmişdir. Oyunların məşəli yandırıldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İlk Avropa Oyunlarını açıq elan etmişdir.
İlk Avropa Oyunlarının açılış mərasimi məzmunca zəngin və möhtəşəm bir başlanğıc oldu. O, Azərbaycan xalqının tarixini, əsrlərlə topladığı mədəni irs və yaradıcılığını yüksək zövqlə nümayış etdirdi. Açılış mərasimində Azərbaycan mədəniyyəyinin inciləri nümayiş etdirilmiş, musiqi, incəsənət, rəqslər, xalça naxışları, ədəbiyyat, tarix - hər biri özünəməxsus formada, ən müasir texnologiyalardan istifadə edilərək bütün dünyaya göstərilmişdir. Nizamı Gəncəvinin "Leyli və Məcnun" əsəri, Novruz bayramı fəlsəfəsinə əsasən həyatın başlanğıcını bildirən elementlərin nümayişi hər bir seyricini təsirləndirmişdir.
Bu bayram müstəqil dövlətimizin qısa zamanda əldə etdiyi böyük qələbəni təcəssüm etdi və Oyunların qalan 17 gününün yüksək əhval ruhiyyəsinin əsasını yaratdı. Həmin gün Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında keçdiyi yolun zəfər yolu olduğunu aydın hiss etdi, yaşadı. Bu Azərbaycanın dostları və onu istəməyən qüvvələr üçün də çox aydın və danılmaz mesaj oldu. İlk Avropa Oyunlarının məşəli stadion tribunalarını işıqlandırdığı anlarda hər kəsin gözü önündə xalqımızın ümummilli lideri Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi döğacaq!" sözləri canlandı.
16-sı Olimpiya, 4-ü isə qeyri-olimpiya idman növü olmaqla ümumilikdə 20 idman növündə keçirilmiş Oyunlarda Azərbaycan bütün növlərdə 291 idmançı ilə təmsil olunmuşdur. 12 idman növündə keçirilən yarışlar "Rio 2016" Olimpiadasına təsnifat xarakterli olmuşdur.
Avropanın 50 ölkəsinin idmançılarının iştirak etdiyi bu möhtəşəm tədbirdə Azərbaycan 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla 56 medal qazanmış və medallar cədvəlində Rusiya Federasiyasından sonra 2-ci yeri tutmuşdur. Azərbaycan idmançılarının bundan əvvəl keçirilmiş Yay Olimpiya Oyunlarında qazandığı uğurlarla müqayisə onu göstərir ki, I Avropa Oyunlarında ölkə yığmamız yeni keyfiyyət səviyyəsinə qalxdı. London Yay Olimpiya Oyunlarında Azərbaycan yığması Avropa ölkələri arasında 15-ci yerə yüksəlmişdisə, Bakı 2015-də onlar gərgin mübarizədə daha yüksək- 2-ci pillədə yerini qoruyub saxlaya bildi.
Bu tarixi qələbə ilə Azərbaycan Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya və digər inkişaf etmiş Avropa ölkələrini geridə qoydu. Bu qələbə ölkəmizin potensialını, gücünü göstərdi. Bu Oyunlar bu potensialı dünyaya, Avropaya, eləcə də ictimaiyyətə nümayiş etdirə bildi. Qısa müddət ərzində böyük hazırlıq işlərinin öhdəsindən layiqincə gələn Azərbaycan bu tarixi hadisə ilə gələcək Avropa Oyunlarının standartlarını - ən yüksək standartları müəyyənləşdirdi və çox yüksək səviyyəli təşkilatçılıq imkanlarına malik olduğunu bütün dünyaya sübut etdi.
Azərbaycan idmançıları 10 idman növündə medallar qazandılar: avarçəkmə - 1 (1 gümüş), boks - 11 (6 qızıl, 1 gümüş, 4 bürünc), cüdo - 4 (1 qızıl, 2 gümüş, 1 bürünc), gimnastika - 7 (1 qızıl, 3 gümüş, 3 bürünc), güləş - 15 (6 qızıl, 2 gümüş, 7 bürünc), karate - 6 (4 qızıl, 2 bürünc), qılıncoynatma - 2 (1 gümüş, 1 bürünc), sambo 4 (4 gümüş), taekvondo - 5 (3 qızıl, 1 gümüş, 1 bürünc), triatlon - 1 ( 1 bürünc).
Oyunların hazırlığına dünyanın 68 ölkəsindən 2586 əməkdaş cəlb edilmişdir. Onlardan 2112 nəfəri Azərbaycan vətəndaşları olmuşlar. Oyunların keçirilməsi zamanı isə 20.000-dən artıq insan müqavilə əsasında müvəqqəti işlə təmin edilmişdir.
Avropa Olimpiya Komitələrinin 50 üzv ölkəsinin hər birindən Oyunlarda idmançılar iştirak etmiş, onlardan 42 ölkənin idmançıları medal qazanmışlar. Ümumilikdə 6000-dən artıq idmançı və onları müşayət edən 3000-ə yaxın komanda nümayəndəsi Oyunlarda iştirak etmişdir. Oyunlar zamanı- 253 dəst, o cümlədən 1542 medal (485 qızıl, 478 ğümüş, 579 bürünc) təqdim olunmuşdur.
Oyunların yayımı üçün 61 şirkətlə müqavilələr imzalanmış, yarışlar dünyanın 145 ölkəsində canlı olaraq yayımlanmışdır. Dünyanın 820 milyondan artıq mənzilində Oyunlara baxmaq imkanı olmuşdur. Açılış və bağlanış mərasimləri isə dünyanın 120 ölkəsində canlı yayımlanmışdır. Hər bir qitədə Oyunları izləmək imkanı olmuşdur. 1248 nəfər media təmsilçisi (665 yerli, 583 xarici) akkreditasiyadan keçərək Oyunları işıqlandırmışdır. Ümumilikdə iyun ayının 01-dən 28-dək Oyunları sosial şəbəkələrdə 352 milyon insan izləmiş, hazırlıq işlərinə 20.5 milyondan artıq işçi saatı sərf olunmuşdur.
Sevindirici haldır ki, Oyunların keçirilməsi gənclərimiz tərəfindən yüksək rəğbətlə qarşılanmışdır və gənclərimiz Oyunların keçirilməsində konüllü kimi iştirak etməyə çox böyük maraq göstərmişlər. Bu Azərbaycan gənclərinin nə qədər vətənpərvər ruhda böyüməsini, ölkələrinə nə qədər bağlı olduğunu bir daha sübüt edir. Ümumilikdə, Oyunlarda 12500 nəfərdən artıq gənc əməliyyat könüllüsü kimi, 4000-dən artıq gənc isə mərasimlərdə iştirak edən könüllü kimi qatılmışdır. Ümumilikdə könüllü olmaq üçün Bakı Avropa Oyunları Əməliyyat Komitəsinə 30 mindən artıq gənc müraciət etmişdir. Bununla yanaşı dünyanın 107 ölkəsindən insanlar Oyunlarda könüllü kimi iştirak etməkdən ötrü müraciət etmiş, onlardan 55 ölkədən olan 400-ə yaxın könüllü proseslərə cəlb edilmişdir.
Avropa Oyunlarının hazırlığı zamanı prosesi daha da asanlaşdırmaq üçün tam müasir və yenilikləri tətbiq edən akkreditasiya sistemi qurulmuşdur. Akkreditasiyadan keçən insanların sayı 64500 nəfər olmuşdur.
Bu akkreditasiya sistemi eyni zamanda bu Oyunları izləmək istəyən hər bir xarici vətəndaş üçün də nəzərdə tutulmuşdur.
İdman yarışları, o cümlədən açılış və bağlanış mərasimləri çox böyük maraqla qarşılanmışdır. Belə ki, mərasimləri və idman yarışlarını izləmək üçün tamaşaçılar tərəfindən 650 000-ə yaxın bilet alınmışdır.
Oyunların Avropada və dünyada təbliğinə çox böyük önəm verilmişdir. Avropa paytaxtlarında təqdimatlar keçirilmiş, ən müasir formada hazırlanan reklam çarxları dünyanın aparıcı televiziya kanallarında nümayiş olunmuşdur.
Bakı-2015 bütün qitəni sülh, ədalətli mübarizə və dostluq ruhunda birləşdirən möhtəşəm idman bayramı olmuşdur. Bununla da Azərbaycan Avropanın yeni idman tarixini yazmışdır.
Öz möhtəşəmliyi ilə açiliş mərasimindən geri qalmayan I Avropa Oyunlarının bağlanış mərasimində isə Azərbaycanın qədim mədəniyyət ocağı olmaqla yanaşı müasirliyə açıq olduğu göstərilmiş, burada hər iki zəmanənin sintezini əks etdirən səhnələr nümayiş olunmuşdur.
I Avropa Oyunlarının keçirildiyi 17 gün Azərbaycan tarixinə böyük qələbə günləri kimi yazıldı. Bakı-2015-in yüksək emosional enerjisi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın uzaqgörənliyindən, siyası iradəsindən, inamından, onların xalqa arxalanmasından və xalqın onlara böyük dəstəyindən qaynaqlanırdı.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Arif qızı Əliyeva "Heydər Əliyev" ordeni ilə, I Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə 24 nəfər "Şöhrət", 2 nəfər 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 32 nəfər "Tərəqqi" medalı ilə, I Avropa Oyunlarının təşkilində səmərəli fəaliyyətlərinə görə "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşlarından 22 nəfər "Dostluq" ordeni ilə, I Avropa Oyunlarında uğurla çıxış etmiş idmançıların məşqçiləri, səmərəli fəaliyyətlərinə görə "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşları, Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə idmançılar da daxil olmaqla 81 nəfər "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif edilmişdir.
Təmir-tikinti işləri
Hesabat dövründə I Avropa Oyunlarında idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 18 idman obyekti vaxtında və yüksək keyfiyyətlə, müasir beynəlxalq standartların tələblərinə uyğun tikilib, və ya yenidən qurularaq istifadəyə verilmiş, yarışlar üçün tam hazırlanmışdır. Yarışlar başlamamışdan əvvəl obyektlərin hazırlığını yoxlamaq məqsədilə onlarla sınaq yarışları keçirilmişdir.
18 idman obyektindən 12-nin daimi (o cümlədən 5 yeni obyekt- Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi, BMX Veloparkı), 6-sının isə müvəqqəti yarış obyektləri (Su Polosu Arenası, Çimərlik Arenası, 3x3 basketbol Arenası, Dağ velosipedi Veloparkı, Triatlon və şosse velosipedi yarışları üçün qurğular) olmasına baxmayaraq, Su Polosu, Çimərlik və 3x3 Basketbol arenasını özündə birləşdirən Avropa Oyunları Parkının tikinti və quraşdırma işləri çox yuksək səviyyədə aparıldığından, gələcəkdə daimi idman obyekti kimi istifadəsi nəzərdə tutulur.
Bakı İdman Sarayı (Əl Oyunları Sarayı), Heydər Əliyev adına İdman Arenası əsaslı şəkildə, yüksək keyfiyyətlə təmir olunmuş, kamandan oxatma idman növü üzrə yarışların keçirildiyi T.Bəhramov adına Respublika Stadionunda, kanoe idman yarışlarının keçirildiyi Mingəçevir "Kür" Olimpiya Tədris İdman Mərkəzində müvafiq təmir işləri aparılmış və müvəqqəti qurğular qurularaq müxtəlif yarışlara hazırlanmışdır.
Bakı Kristal Zalında ən müasir, beynəlxalq standartlara uyğun yenidənqurma işləri aparılaraq 5 idman növü- voleybol, boks, taekvando, qılıncoynatma və karate kimi populyar yarışları əhatə edən çoxfunksiyalı idman mərkəzi yaradılmış, yeni inzibati idarəetmə və xidmət binası inşa edilmiş, irimiqyaslı- texnoloji arakəsmələr, müvəqqəti qurğular və oturacaqlar quraşdırılmış və xidmət sahələri yaradılmışdır, hansı ki, öz möhtəşəmliyi ilə o biri obyektlərdən geridə qalmır.
Bakı şəhərində yerləşən Atletlər Kəndi və Media Kəndi mübaliğəsiz olaraq öz möhtəşəmliyi, gözəlliyi və rahatçılığı ilə, xüsusən də təşkilatı və inzibati işlərin çevik və yüksək səviyyədə həyata keçirilməsi ilə seçilirdi.
Hesabat dövründə Bakı şəhərində və regionlarda 9 Olimpiya və idman kompleksinin tikintisi və tikintiyə hazırlıq işləri, Lənkəran Olimpiya İdman Kompleksinin yenidən qurulması, Bakı şəhərində Olimpiya Hərəkatı və İdman Muzeyinin, 12 idman zalı və qurğusunun tikintisi davam etdirilmişdir.
Beynəlxalq əlaqələr
Hesabat dövrü ərzində gənclər və idman sahələrində beynəlxalq əlaqələrin inkişafına xüsusi əhəmiyyət verilmişdir.
Nazir Azad Rəhimov 21-23 yanvar 2015-ci il tarixlərdə İsveçrə Konfederasiyasının Davos səhərində keçirilmiş "Dünya İqtisadi Forumu"nda iştirak etmişdir. Tədbir zamanı Bakı-2015 İlk Avropa Oyunlarının geniş təqdimatı keçirilmişdir.
Nazir Azad Rəhimov 13-15 fevral 2015-ci il tarixlərdə Moskva şəhərində təşkil edilmiş Rusiya Olimpiya Komitəsinin fəxri prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Vitali Smirnovun 80 illik yubileyində iştirak edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından ona "Dostluq" ordenini təqdim etmişdir.
Nazir Azad Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək İlk Avropa Oyunlarının təşkili ilə bağlı məsələləri müzakirə etmək və təqdimatlar etmək məqsədi ilə 20-23 yanvar 2015-ci il tarixlərdə İsveçrə Konfederasiyasına, 19-21 fevral 2015-ci il tarixlərdə Macarıstan Respublikasına , 03-05 mart 2015-ci il tarixlərdə İtaliya Respublikasına, 10-12 aprel 2015-ci il tarixlərdə Rusiya Federasiyasına, 14-16 aprel 2015-ci il tarixlərdə Belçikaya, 27-29 aprel 2015-ci il tarixlərdə Böyük Britaniyaya səfər etmiş, 06 may 2015-ci il tarixdə Brüsseldə keçirilmiş Avropa İdman Axşamı (European Evening of Sport) tədbirində iştirak etmişdir.
İlk Avropa Oyunları zamanı Bakıda olan Avropa Şurası idmana məsul nazirlərin qeyri-formal yığıncağı keçirilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB