Dünya Kuboku ərəfəsində şahmatçıların toplantısı keçirilib FOTOSESSİYA
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun ilk turundan əvvəl iştirakçı şahmatçılarla toplantı keçirilib. "Dünya Kuboku-2015"in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, FİDE rəsmiləri, eləcə də hakimlər şahmatçılara oyun zalına gələrkən mobil telefon, saat və qələm götürməməyi xahiş edib. Məlumat verilib ki, şahmatçılar oyun zalına daxil olarkən yoxlanılacaq. Partiyalar başa çatandan sonra belə hakimlər istədikləri şahmatçını təkrar yoxlamaq hüququna malikdir.
Qeyd edək ki, şahmat yarışlarında kənar amillərinin köməyindən istifadə olunmamaq üçün belə addımlar atılıb. FİDE hər bir şahmatçını qaydalar çərçivəsində mübarizə aparmağa çağırıb, onların yarış zamanı mobil telefon, digər cihazlardan istifadəsinə qadağa qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB