Transfer fəaliyyətini davam etdirən AZAL heyətinə daha iki futbolçu qatıb. SİA-nın məlumatın görə, sonuncu komandası Ukraynanın "Metalluq" (Donetsk) klubu olan Hamid Yasin AZAL-la müqaviləyə imza atıb. 22 yaşlı hücumçu iki il müddətində "təyyarəçilər"in formasını geyinəcək. Ukraynanın U-16, U-17 və U-18 milli komandalarında da oyanayan Yasin misir əsilli olsa da, onun ölkəmizlə bağlılığı var. Belə ki, hazırda onun ögey atası azərbaycanlıdır.
Digər futbolçu isə gürcü Aleksandr Qurulidir. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Quruli 1 illik anlaşmaya imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB