Rusiyanın Sankt Peterburq şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyində yarımfinalçılar məlum olub. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlıumata görə, mili komandamızın iki üzvü - Orxan Həsənov (54 kq) və Məhəmməd Abdullayev (81 kq) ¼ finalda qalib gələrək, ən azı bürünc medalı özlərinə təmin ediblər. Həsənov Almaniya boksçusu Nik Bieri 2:1 hesabı ilə məğlub edib. Həmyerlimiz yarımfinalda Amerika Birləşmiş Ştatlarının (ABŞ) idmançısı Mark Kastro ilə qarşılaşacaq.
Məhəmməd Abdullayev ¼ finalda ABŞ təmsilçisi Riçard Torres üzərində qələbə qazanıb - 3:0. Milli komandamızın üzvü finala gedən yolda rusiyalı Dmitri Fominlə üz-üzə gələcək.
Yeniyetmələr arasında Avropa çempionu Bəxtiyar Qazıbəyov yarımfinala vəsiqə uğrunda görüşdə kubalı Edel Akosta Qarsiya ilə qarşılaşıb. Gərgin mübarizədə cüzi üstünlüklə Kuba boksçusu qələbə qazanıb - 2:1.
Sayad Lalayev də (63 kq) ¼ finalda uduzaraq, mükafatçılar sırasına düşmək şansını itirib. Yığma komandamızın üzvü Qazaxıstan idmançısı Aibol Jambirbaya məğlub olub.
Xatırladaq ki, dünya birinciliyinə sentyabrın 12-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB