"Qəbələ" "İnter"lə oyuna hazırlaşır

"Qəbələ" "İnter"lə oyuna hazırlaşır

"Qəbələ" Topaz Premyer Liqasının IV turunun "İnter"lə oyununun hazırlıqlarına start verib. SİA-nın məlumatına görə, Ukraynanın Odessa şəhərində keçirilən təlim-məşq toplanışını sentyabrın 7-də başa vurub, Qəbələyə qayıdan "qırmızı-qaralar" bir günlük istirahətdən sonra yenidən bir araya gəliblər. Roman Qriqorçukun yetirmələri dünən şəhər stadionunda axşam məşqi keçiblər. Məşqə fiziki hazırlıqla başlayan futbolçular ardınca topla çalışıblar. Növbəti hazırlığını da doğma stadionda keçirəcək komandanın sentyabrın 11-də Bakıya yollanması planlaşdırılıb. "Qırmızı-qaralar"ın oyun öncəsi son məşqi həmin gün paytaxtda baş tutacaq.
Xatırladaq ki, IV turun "İnter" - "Qəbələ" qarşılaşması sentyabrın 12-də keçiriləcək. "İnter Arena"da baş tutacaq matç saat 20:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə