Millimiz bu gün Avropa çempionatının finalına vəsiqəni təmin edə bilər

Millimiz bu gün Avropa çempionatının finalına vəsiqəni təmin edə bilər

Binə Atçılıq Mərkəzində Polo üzrə Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, bu gün 4-cü tura start veriləcək. Yarışın bu mərhələsi əvvəlki 3 turda olduğu kimi qapalı manejdə deyil, açıq havada, yaşıl örtüklü meydanda keçiriləcək. İlk olaraq meydana Azərbaycan və İsveçrə komandaları çıxacaqlar. Görüş Saat 17:00-da başlayacaq. Saat 18:00-da isə İtaliya komandası Almaniya poloçuları ilə üz-üzə gələcək. 4-cü turda keçiriləcək son oyun saat 19:15-ə təsadüf edəcək. Meydana İrlandiya və İspaniya komandaları çıxacaqlar.

Qeyd edək ki, 3 turdan sonra Azərbaycan seçmə komandası yüz faizlik nəticə ilə turnir cədvəlinə liderlik edir. İkinci pillədə İspaniya, üçüncü pillədə isə Almaniya komandaları qərarlaşıblar.

KOMANDALAR

Oyun

Qalibiyyət

Məğlubiyyət

Qol fərqi

Xallar

Azərbaycan

3

3

0

+10

6

İspaniya

3

2

1

+7

4

Almaniya

3

2

1

+3.5

4

İsveçrə

3

1

2

0

2

İrlandiya

3

1

2

-0.5

2

İtaliya

3

0

3

-21

0

Bütün xəbərlər Facebook səhifəmizdə