Beynəlxalq şahmat turnirinə yekun vurulub

Beynəlxalq şahmat turnirinə yekun vurulub

Yunanıstanın Rodos adasında keçirilən "Koloss" beynəlxalq şahmat turniri başa çatıb. Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, turnirdə 15 ölkədən 70 zəka sahibi qələbə uğrunda mübarizə aparıb. Ölkəmizi bu turnirdə Zeynəb və Türkan Məmmədyarova bacıları təmsil ediblər.

Doqquz turdan ibarət keçirilən yarışın sonuncu turunda T.Məmmədyarova Finlandiya təmsilçisi Yoni Yiyola ilə xalları yarı bölüb. Zeynəb Məmmədyarova isə Almaniya şahmatçısı Dmitri Kollarsa məğlub olub.

Doqquz turdan sonra T.Məmmədyarova və Z.Məmmədyarova hərəyə 5,5 xal toplayaraq 12-13-cü yerləri bölüşüblər.

Turnirin qalibi adını isə 9 oyundan 7 xal toplayan Paraqvay təçmsilçisi Aksel Baxman qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə