"Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam" AÇIQLAMA

"Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam" AÇIQLAMA

"Qarabağ"a keçməmişdən öncə təbii ki, klub haqqında maraqlandım. Son 2 ildə çempion olmaları, Avropa Liqasında uğurlu çıxışları komandanın hədəflərindən xəbər verir". SİA-nın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun yeni transferi Migel Markos Madeyra (Miçel) deyib. O, Ağdam təmsilçisi haqda danışıb: "Tanışlarım vasitəsi ilə də komanda haqqında məlumat topladım. Müsbət rəy verdilər. "Qarabağ"ın bazası ilə, futbolçularla tanış oldum. Hər şeyin çox yaxşı olduğunu deməliyəm. Olduqca mehriban kollektiv var. Komandaya faydalı olmaq istəyirəm. Azarkeşlərə demək istəyirəm ki, meydanda sona qədər mübarizə aparan futbolçu görəcəklər. Komandamın uğurlarında pay sahibi olmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam".

Qeyd edək ki, "Qarabağ" klubu ilə ispaniyalı yarımmüdafiəçi arasında 2 illik müqavilə imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə