Serxio Aqüero: “Messi Argentina millisini tərk etməyəcək"

Serxio Aqüero: “Messi Argentina millisini tərk etməyəcək"

"Messi Argentina millisini tərk etməyəcək. O, burada xoşbəxtdir". SİA-nın məlumatına görə, bu sözləri Argentina yığmasının hücumçusu Serxio Aqüero deyib. Futbolçu Messi haqqında həddən artıq yalan xəbərlərin yayıldığını bildirib: "Messi ilə danışdım. Mənə Argentina millisində hələ uzun müddət oynamaq istədiyini dedi. O, insanların diqqət mərkəzindədir. Ona görə də belə yalan xəbərlər tez-tez yayılır".

Qeyd edək ki, Messi Argentina millisinin Boliviya yığması ilə matçında sonradan meydana daxil olub və iki qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə