“Fənərbaxça” klubu ciddi itki ilə üzləşib

“Fənərbaxça” klubu ciddi itki ilə üzləşib

"Fənərbaxça" klubu ciddi itki ilə üzləşib. SİA-nın məlumatına görə, klubun danimarkalı futbolçusu Simon Kyaer millisinin Ermənistan yığması ilə matçında zədələnib. Həkim müayinəsindən sonra futbolçunun zədəsinin ciddi olduğu üzə çıxıb. Danimarkalı müdafiəçi ən yaxşı halda 1 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Simon Kyaer bu yay Fransanın "Lil" klubundan transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə