Naxçıvanda cüdo üzrə yoldaşlıq görüşü keçirilib

Naxçıvanda cüdo üzrə yoldaşlıq görüşü keçirilib

İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq" devizi altında "Naxçıvan" və "Culfa" komandaları arasında cüdo üzrə yoldaşlıq görüşü keçirilib. SİA-nın məlumatına görə, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək idmançılara uğurlar arzulayıb. Daha sonra Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümid Həsənli və Uşaq-Gənclər İdman Məktəbinin dərs hissə müdiri Hikmət Hüseynov yarışın məqsədi və qaydaları haqqında idmançılara ətraflı məlumat veriblər.

Naxçıvan Şəhər və Culfa Rayon Gənclər və İdman İdarələrinin və İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 10 çəki dərəcəsində 50 idmançı qüvvəsini sınayıb.

"Culfa" komandasının 6:4 hesablı qələbəsi ilə yekunlaşan yarışda fərqlənən idmançılar təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatlandırılıb. //AZƏRTAC

Bütün xəbərlər Facebook səhifəmizdə