Braziliyalı futbolçu Jairo Rodriges Filyo axşam saatlarında Bakıya gəlib. SİA-nın məlumatına görə, müdafiəçi bu gün "Neftçi"nin səhər məşqində iştirak edib. Məşqçilər heyətinin müsbət rəy verəcəyi təqdirdə "Neftçi" futbolçu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, 31 dekabr 1992-ci ildə Braziliyada dünyaya göz açmış Jairo Rodriges Filyo bunadək ölkəsinin "Amerika" (2011-2012), Bolqarıstanın "Botev" (2012-2014) və Portuqaliyanın "Trofense" (2014-2015) klublarında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB