"Bakı" ilə yoxlama oyununda "Zirə"nin hücumçusu Nurlan Novruzov zədələnərək meydanı tərk etmişdi. Son iki gündə bununla bağlı mətbuatda bir çox xəbərlər yer alıb. SİA-nın məlumatına görə, "Zirə" Peşəkar Futbol Klubu futbolçunun vəziyyəti ilə bağlı rəsmi məluamat yayıb. Klub ictimaiyyətə dəqiq məlumat vermək üçün futbolçunun müayinədən tam keçməsini gözləyib: "Ötən gün Nurlanın ayağında şiş çox olduğuna görə həkimlər konkret söz deyə bilməmişdi. Bu gün isə Novruzov MRT müayinəsindən keçib və topuğ bağında yırtıq aşkarlanıb. Hücumçumuzun ayağının sınması ilə bağlı məlumatlar isə həqiqəti əks etdirmir. Həkimlər Nurlan Novruzovun təxminən 2-3 həftəyə fərdi məşqlərə başlaya biləcəyini deyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB