U-21-ə daha 3 futbolçu qoşulub

Üç oyunçu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışına qoşulub. SİA-nın məlumatına görə, onlar Coşqun Diniyev (Qarabağ), Elvin Camalov (Qəbələ) və Elnur Cəfərovdur (Xəzər Lənkəran).

Xatrıladaq ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində yığmamız bu gün AFFA Futbol Məkəzindəki "Dalğa Arena"da Almaniya yığması ilə qarşılaşacaq. Oyun saat 19:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə