"Sumqayıt" əvəzedicilərini məğlub edib

"Sumqayıt" əvəzedicilərini məğlub edib

Topaz Premyer Liqasının 4-cü turunda doğma azarkeşləri qarşısında "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" futbol klubu hazırlığını davam etdirir. SİA-nın məlumatına görə, komanda oyuna hazırlıq məqsədi ilə əvəzedici heyətlə yoxlama matçı keçirib. Qarşılaşma 5:3 hesabı ilə əsas komandanın xeyrinə başa çatıb. Bir gün öncə fitness zalında hazırlıq keçən "Sumqayıt" FK dünən istirahət edib. Heyətdə zədəli futbolçu yoxdur. Komanda bu gün saat 10:30-da "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb.

Qeyd edək ki, "Sumqayıt" - "Zirə" oyunu sentyabrın 13-də "Kapital Bank Arena"da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə