Dede bu görüşdə təxminən 40 metrlik məsafədən möhtəşəm qolu ilə yadda qalıb
Şənbə günü "Borussiya"nın keçmiş futbolçusu Dedenin şərəfinə Dortmundda vida matçə təşkil olunub. "Dedenin yığması" ilə "Dünya yığması" arasında keçirilən oyunu "Siqnal İduna Park" stadionunda 81359 azarkeş izləyib. Bu isə bir futbolçu üçün təşkil edilən vida matçları arasında rekord tamaşaçı sayıdı.
Görüşə gəlincə, oyun "Dedenin dünya yığması"nın 13:11 hesablı qələbəsi ilə bitib. Dede bu görüşdə təxminən 40 metrlik məsafədən möhtəşəm qolu ilə yadda qalıb.
1998-dən 2011-ci ilə qədər "Borussiya"da oynayan Dede iki dəfə Bundesliqa çempionu olub (2001/02, 2010/11).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB