Burak Yılmaz rekorda şərik oldu

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Türkiyə - Hollandiya (3:0) matçı əlamətdar hadisə ilə yadda qalıb. SİA-nın məlumatına görə, Türkiyə millisinin və "Qalatasaray" klubunun hücumçusu Burak Yılmaz bu oyunda rəqib qapısından keçirdiyi topla yığmanın heyətində ən çox qol vurmaq rekorduna şərik olub. Futbolçu 42 matçda 19 qol vuraraq, Metin Oktay, Cemil Turan və Nihat Qəhvəci ilə qol sayını bərabərləşdirib.

Qeyd edək ki, Burak Yılmaz AVRO-2016-nın seçmə mərhələsində 8 matçda 4 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə