"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev ilkə imza atıb. SİA-nın məlumatına görə, "ağ-yaşıllar"ın heyətində oyun və kapitanlıq sayında rekordçu olan yarımmüdafiəçi bu dəfə Azərbaycan milli komandasında fərqlənib. AVRO-2016-nın seçmə mərhələsinin dünən keçirilən Malta - Azərbaycan oyununda (2:2) meydana çıxan Əmirquliyev 2 qol vuraraq dubla imza atıb. Hər hissədə 1 dəfə rəqib qapısına yol tapan orta sahə oyunçusu ölkəmizin əsas yığmasında dubl edən ilk "Xəzər Lənkəran"lı olub. Milli komandanın 23 illik tarixində bunadək qeydə alınan 8 dublun heç biri "Xəzər Lənkəran" klubunun üzvlərinin hesabında olmamışdı. Ümumilikdə isə, yığmada 45 oyun keçirib 3 qol vuran Rahid bu qarşılaşmaların hamısında "Xəzər Lənkəran"ı təmsil edib. O, ilk qolunu 2013-cü il sentyabrın 7-də İsraillə DÇ-2014-ün səfərdəki seçmə oyununda vurmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB