Ukraynanın Odessa şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" hazırlığın son günündə yerli "Çernomorets" klubu ilə yoxlama oyunu (0:2) keçirib. SİA-nın məlumatına görə, komandanın ukraynalı legioneri Dmitri Bezotosnı qarşılaşmadan sonra oyun haqda fikirlərini açıqlayıb: "Yenidən Odessada, belə azarkeşlər qarşısında meydana çıxmaq xoş idi. Hesab edirəm ki, yaxşı oyun alındı. Belə qarşılaşmanın azarkeşlərin də xoşuna gəldiyini düşünürəm. Yoxlama matçını bu qədər tamaşaçının izləməsi yaxşıdır. Açığı, qarşılaşmada 2-3 min tamaşaçı olacağını gözləyirdim. Amma tribunalara 5 mindən artıq azarkeş gəlmişdi. "Çernomorets" gənclərdən təşkil olunan yaxşı komandadır. Onlar Premyer Liqada qalmaq üçün mübarizə aparıb, bunun öhdəsindən gələ bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB