Dünya çempionatını idarə edən hakimlərin seminarı keçirilib FOTOLAR

Bu gün ABŞ-ın Las Veqas şəhərində güləş üzrə böyüklər arasında dünya çempionatı start götürəcək. SİA-nın məlumatına görə, çempionatın keçiriləcəyi Orleans Arenada yarışı idarə edəcək hakimlərin seminarı keçirilib. Seminarda hakimlərə güləş qaydalarındakı son dəyişikliklər barədə məlumat verilib, mübahisəli epizodlar monitorda göstərilərək müzakirələr aparılıb.

Dünya çempionatında görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Hicran Şərifov və Asif Şirəliyev təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə