“Qəbələ”nin yeni transferləri məşqlərə başlayıb

“Qəbələ”nin yeni transferləri məşqlərə başlayıb

Ukraynada təlim-məşq toplanışında olan "Qəbələ" komandası hazırlıqlarını davam etdirir. Sentyabrın 1-dən Odessada hazırlıqlara başlayan "Qəbələ" gündə bir dəfə məşq edir. Komanda fiziki hazırlıqla başlayan məşqləri toplu çalışmalarla başa vurur.

Roman Qriqorçukun yetirmələri hazırlıqları milli komandaların üzvləri olmadan keçir. Komandamızın sonuncu transferlərindən Vaqif Cavadov və Fakundo Pereyra da məşqlərdə iştirak edirlər. Bundan başqa, "Qəbələ"nin əvəzedici heyətinin üzvü Sahil Mirzəyev də əsas komandanın düşərgəsində hazırlıqdadır.

Altı günlük təlim-məşq toplanışı üçün Ukraynaya yollanan "Qəbələ" sentyabrın 6-da Odessanın "Çernomorets" klubu ilə yoxlama oyunu keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə