Yaşar Vahabzadə: "Rəqibin imkan verdiyi qədər oynaya bildik" AÇIQLAMA
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Avstriya oyunundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildirib. SİA baş məşqçilərin fikirlərini diqqətinizə çatdırır:
Verner Gregoritsch (Avstriya yığmasının baş məşqçisi): "Artıq birinci hissədə hesabda 2 top üstünlüyümüz olsa belə, oyunun sonuna qədər gərgin mübarizənin şahidi olduq. Qarşılaşmanın bu məcrada keçəcəyini əvvəlcədən bildiyimiz üçün futbolçulara hesabdan asılı olmayaraq arxayınlaşmamağı tövsiyə etmişdik. Azərbaycan yığmasına bir neçə gün sonra Almaniya komandası ilə keçirəcəyi oyunda uğurlar arzulayıram".
Yaşar Vahabzadə (Azərbaycan yığmasının baş məşqçisi): "Avstriya yığmasının oyunlarının videoyazısına baxmışdıq. Bilirdik ki, rəqibimiz sürətli və aqressiv oyuna üstünlük verir. Futbolçularımıza buna uyğun tapşırıqlar vermişdik. Təəssüf ki, bu gün rəqibin imkan verdiyi qədər oynaya bildik. Bu cür vacib oyunlarda heç bir futbolçu özünəinam hissindən məhrum olmamalıdır. Qarşıda daha bir çətin oyunumuz var. Emosiyaları arxa plana keçirib, səhvlərimizi təhlil etməli, həmin qarşılaşmaya hazırlaşmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB