Binə qəsəbəsindəki "Elit Atçılıq və Polo" klubunda, Polo üzrə Avropa çempionatına start verilib. SİA-nın məlumatına görə, yarışın ilk turunda Azərbaycan seçmə komandası Almaniya idmançıları ilə qarşılaşıb. Görüş həmyerlilərimizin 9:7 hesablı qələbəsi ilə başa çatıb. Ardınca meydana İspaniya və İtaliya komandaları çıxıblar. Qarşılaşmada İspaniya kollektivi İtaliyanları 10:4 hesabı ilə məğlub edib. İlk yarış gününün son görüşündə isə İsveçrə seçməsi İrlandiya millisini 9:6 hesabı ilə məğlub edib. Avropa çempionatının ikinci günü (bu gün) keçiriləcək ilk oyunda meydana Azərbaycan və İtaliya komandaları çıxacaq. Görüş saat 17:00-da başlayacaq. Saat 18:00-da İsveçrə - İspaniya, 19:15-də isə İrlandiya- Almaniya qarşılaşmaları baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB