Millimiz “Uraloçka” komandasını məğlub edib

Millimiz “Uraloçka” komandasını məğlub edib

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Belçika və Hollandiyada keçiriləcək Avropa çempionatına hazırlığı davam etdirir. Komandamız təlim-məşq toplanışı çərçivəsində paytaxtımızda qonaq olan Rusiyanın "Uraloçka" klubu ilə yoldaşlıq oyunu keçirib. Dörd hissədə davam edən görüşdə millimiz Rusiya komandasını 3:1 hesabı ilə məğlub edib.

Bundan əvvəl daha bir hazırlıq matçında üz-üzə gələn komandalardan sevinən tərəf rəqib kollektiv olmuşdu.

Avropa çempionatı sentyabrın 26-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə