Joze Mourinyo Ginnesin rekordlar kitabına düşdü

Joze Mourinyo Ginnesin rekordlar kitabına düşdü

Londonun "Çelsi" klubunun məşqçisi Joze Mourinyo 2016-cı ildə dərc olunacaq Ginnesin yeni rekordlar kitabına daxil edilib. Rusiyanın NTV telekanalı xəbər verir ki, kitabın müəllifləri məşhur mütəxəssisin eyni zamanda beş nailiyyətinə diqqət yetirib: məşqçilik karyerasında keçirdiyi ev oyunlarında ən uzun məğlubiyyətsizlik seriyası (9 il), İngiltərə Premyer liqasında ev oyunlarında ən uzun məğlubiyyətsizlik seriyası, Çempionlar Liqası oyunlarında qazanılan ən çox qələbə, hesabında Çempionlar Liqasının 100 oyunu olan ən cavan məşqçi (49 yaş və 12 gün), İngiltərə Premyer liqasında bir mövsümdə toplanılan ən çox xal (95).

Joze Mourinyoya artıq onun nailiyyətlərini təcəssüm etdirən çərçivəyə salınmış sertifikat verilib.

Ginnesin rekordlar kitabına düşdüyü üçün çox sevinən məşqçi gələcək nailiyyətlərin keçmişdəkilərdən daha vacib olduğunu da qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə