İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyonun adı "Ginnesin Rekordlar" kitabına salınıb. SİA-nın məlumatına görə, portuqal mütəxəssis 5 fərqli kateqoriya üzrə bu uğura imza atıb. Kateqoriyaları nəzərinizə çatdırırıq:
1) Çempionlar Liqasında iki ayrı klubla ("Portu" və "İnter") qalib gələn 5 baş məşqçidən biri
2) Çempionlar Liqasının tarixində 100 matça çıxan ən cavan baş məşqçi
3) 2004-2005 mövsümündə "Çelsi"ni 95 xalla çempion edərək ən çox xal toplama rekordu
4) İngiltərə Premyer Liqasında öz meydanında 77 matçda məğlub olmayan yeganə məşqçi
5) Dörd klubla birlikdə öz meydanında 151 matçda məğlub olmayan yeganə baş məşqçi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB