“Kəpəz” “Şəmkir”i məğlub edib

Yevlaxda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində "Kəpəz" klubu yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, "sarı-göylər" I Divizionun təmsilçisi "Şəmkir"lə qarşılaşıb. Yevlax şəhər stadionunda baş tutan görüşdə yerli və Gəncədən gəlmiş azarkeşlər komandaya dəstək olublar. Matçda "Kəpəz"in baş məşqçisi Şahin Diniyev bütün futbolçulara oynamaq şansı verib. Oyunun gedişində 2 top fərqi ilə geri düşən gəncəlilər əzmkar qələbə qazanıblar. Fasiləyə kimi Oleksandr Sytnik hesab arasındakı fərqi azaldıb. İkinci hissənin əvvəlində ukraynalı hücumçu daha bir qol vuraraq qarşılaşmada bərabərliyi təmin edib. Sona az qalmış isə komanda qələbə topunu rəqib qapısından keçirib. 11 metrlik cərimə zərbəsini Tural Axundov dəqiq yerinə yetirib - 3:2.

Bütün xəbərlər Facebook səhifəmizdə