Bu gün Avropa çempionatında ilk 3 oyun keçiriləcək

Bu gün Polo üzrə Avropa çempionatında ilk 3 oyun keçiriləcək. SİA-nın məlumatına görə, Binə Atçılıq Mərkəzindəki "Elit atçılıq və Polo" klubunda Azərbaycan seçmə komandası Almaniya ilə qarşılaşacaq. Ardınca ispaniyalılar İtaliya idmançıları ilə, İsveçrənin Polo ustaları isə iralndiyalılarla üz-üzə gələcək. İlk oyun saat 17:00 da başlayacaq. Milli komandamızın görüşü "İdman Azərbaycan" telekanalı ilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə