“Arsenal”ın futbolçusu 4 ay meydana çıxa bilməyəcək

“Arsenal”ın futbolçusu 4 ay meydana çıxa bilməyəcək

İngiltərənin "Arsenal" klubunun futbolçusu Danni Uelbek uzun müddət komandasına kömək edə bilməyəcək. SİA-nın məlumatına görə, aprel ayından zədəsini sağaltmağa çalışan futbolçu ötən həftə dizindən əməliyyat olunub və bundan sonra 4 ay yaşıl meydanlardan kənar qalacağı bildirilib.

Qeyd edək ki, Uelbek "Arsenal"ın heyətində 34 matçda 8 qol vurub. Bundan başqa, ingilis futbolçu millinin heyətində 33 oyun keçirib və 14 dəfə fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə