Qurban Qurbanov: "Reynaldonun başqa kluba satılması ilə bağlı ehtimallar var"

Qurban Qurbanov: "Reynaldonun başqa kluba satılması ilə bağlı ehtimallar var"

"Qarabağ"ın hücumçusu Reynaldo Silvaya xarici klublardan təkliflər var. SİA-nın məlumatına görə, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov açıqlama verib. O, braziliyalı futbolçuya gələn təklifləri dəyərləndirdiklərini bildirib: "Reynaldonun başqa kluba satılması ilə bağlı ehtimallar var. Bir neçə real teklif almışıq. Biz bütün təklifləri dəyərləndirməyə çalışırıq. Lakin qarşıda Avroliqa oyunlarımız var. Reynaldo bu oyunlarda özünü daha yaxşı göstərib səviyyəli klublara gedə bilər. Biz təkcə Reynaldonun yox, digər futbolçuların da daha yaxşı klublara keçməsinə mane olmarıq". //Qol.az

Bütün xəbərlər Facebook səhifəmizdə